Bakı Slavyan Universitetində jurnalist tələbələrlə görüş olacaq

Bakı Slavyan Universitetində jurnalist tələbələrlə görüş olacaq

Martın 10-da, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində tələbələrlə ölkənin aparıcı media qurumlarının rəhbərləri arasında görüş keçiriləcək.

SİA-nın məlumatına görə, tədbirin əsas məqsədi jurnalistika fakültəsində təhsil alan istedadlı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək və gələcəkdə işlə təmin olunmaları üçün şərait yaratmaqdır.

Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Bakı Slavyan Universitetin rektoru professor Kamal Abdulla, Mətbuat Şurasının sədri Əflatun Amaşov və 20-dən artıq qəzet rəhbərlərinin iştirakı gözlənilir.

Qeyd edək ki fevralın 23-də analojı tədbir Bakı Dövlət Universitetində də keçirilib və BDU-nun jurnalistika fakültəsinin 20-dən çox tələbəsi artıq qəzet redaksiyalarında işə başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə