Mahmud Məmmədquliyev: “ÜTT üzrə işçi qrupunun iclası ilin ikinci yarısında baş tuta bilər” - AÇIQLAMA

Mahmud Məmmədquliyev: “ÜTT üzrə işçi qrupunun iclası ilin ikinci yarısında baş tuta bilər” - AÇIQLAMA

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında assosiativ sazişin imzalanması ilə bağlı danışıqların ikinci raundu Brüsseldə keçiriləcək. Bunu SİA-ya açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

 

Eyni zamanda XİN rəsmisi hazırda Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə növbəti görüşün təşkili üçün danışıqların getdiyini bildirib: "Növbəti danışıqlara hazırlıq gedir. Əgər imkan olsa ilin birinci yarısında görüşün keçirilməsi üçün danışıqlar aparırıq. İşçi qrupunun iclası isə ola bilsin ki, ilin ikinci yarısında baş tutsun".

 

Vizaların qiymətinə gəlincə, Mahmud Məmmədquliyev: "Hələ ki, bu barədə danışıqlar getmir. Azərbaycana mandat verilməyib",-deyə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə