AMİU-nin Tələbə Gənclər Təşkilatının sədri: “Aksiya keçirmək istəyən gənclərin hər hansı bir hərəkəti belə nəticəsiz olacaq” - MÜNASİBƏT

AMİU-nin Tələbə Gənclər Təşkilatının sədri: “Aksiya keçirmək istəyən gənclərin hər hansı bir hərəkəti belə nəticəsiz olacaq” - MÜNASİBƏT
"Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatında dövlətin əleyhinə gedən və yaxud hansısa aksiyalara qoşulan insan yoxdur". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Səadət İmanova məlumat verib. O bildirib ki, gənclərin əksəriyyəti Tələbə Gənclər Təşkilatının üzvü olmaqla yanaşı, həm də YAP-ın Gənclər Birliyinin rayon üzrə üzvləridir. S.İmanova təşkilatdan və böyük tələbə ordusundan heç kimin bu aksiyaya getmək istəyində olduğunu eşitmədiyini söyləyib. Onun sözlərinə görə, tələbələr arasında deyil, ümumi gənclər arasında belə söhbətlər olur.

""Dalğa" Gənclər Təşkilatının üzvləri ilə dəfələrlə söhbət etmişəm, onlara tutduqları yolun səhv olduğunu başa salmağa çalışmışam. Onlar elə düşünürlər ki, ölkəmizdə azadlıq yoxdur. Amma hər zaman deyirəm ki, Azərbaycanda kifayət qədər azadlıq var. Sadəcə bunu lazımınca dəyərləndirmək və istifadə etmək lazımdır. Hər zaman onlara deyirəm ki, vaxt gələcək nə qədər səhv yolda olduğunuzu anlayacaqsınız. Bugünki hərəkətləriniz tamamilə lazımsız və əhəmiyyətsiz bir şeydir", - deyə olavə edib.

Təşkilat sədri qeyd edib ki, Universitetin tələbələrinin heç biri dövlətçiliyə ziyan vuracaq aksiyada iştirak etməyəcəklər. Bu kampaniyanın baş tutmasına inanmadığını deyən S.İmanova vurğulayıb ki, onların hər hansı bir hərəkəti belə nəticəsiz qalacaq: "Ölkədə ən azı 1%-i hakimiyyətin əleyhinədirsə, 99 %-i onu dəstəkləyir. O 1%-də 99%-in içərisində 100% batacaq. Əgər belə bir şey olsa bunun heç bir təsiri olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə