Rusiya Federasiyası: “Dağlıq Qarabağ probleminin həlli yolları tapılmazsa, bu münaqişə partlaya bilər”
Dağlıq Qarabağ münaqişəsi artıq sərtləşmə mərhələsinə qədəm qoyub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müasir İnkişaf İnstitutunun idarə heyətinin sədri, Rusiya Federasiyası prezidenti yanında vətəndaş cəmiyyəti və insan haqları institutlarının inkişafına dəstək Şurasının üzvü İqor Yurgensin deyib. O, bunu müəyyən səbəblərlə izah edib: " Burada iqtisadi potensial önəmli faktor olaraq qalır. İlk növbədə səbəb kimi Azərbaycanın siyasi, iqtisadi, maliyyə və hərbi vəziyyətinin yaxşılaşmasını göstərmək olar. Lakin rəsmi Bakının inkişafının fonunda Ermənistanda isə vəziyyətin 180 dərəcə tərsinə- pisləşməsidir".
İqor Yurgensin Dağlıq Qarabağ münaqişəsini çox ciddi və güclü problem adlandırıb: "Dağlıq Qarabağ probleminin həlli yolları tapılmazsa, bu münaqişə partlaya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB