Ermənistan vəziyyəti getdikcə gərginləşdirir. Hər dəfə yüksək səviyyəli görüşdən ya əvvəl, ya da sonra hansısa təxribata əl atmaqla sülh danışıqlarını pozmağa çalışır. Bu, artıq ənənə şəklini alıb. Əgər xronologiyaya diqqət yetirmiş olsaq, dediklərimizin tam təsdiqi tapılar. Prezidentlərin Soçi görüşü zamanı da eyni vəziyyətin şahidi olduq. Ermənistan Silahlı Qüvvələri cəbhənin 10-a yaxın istiqamətində atəşkəs rejimini pozaraq avtomat və digər iri çaplı silahlardan mövqelərimizi atəşə tutdular". SİA-nın məlumatına görə, belə bir açıqlama ilə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu çıxış edib.
E. Sabiroğlu bildirib ki, bütün bunların təsadüfi baş verdiyini düşünmək sadəlövhlük olardı: "Burada Ermənistan hakimiyyətinin və hərbi rəhbərliyinin rolu danılmazdır. Hər şey bilavasitə onların tapşırığı ilə yerinə yetirilir. Bu, bəllidir və biz bununla yeni nəsə demirik. Münaqişənin sülh yolu ilə həllinə maraq göstərən dövlətlər, xüsusilə Minsk Qrupu Ermənistanın bu qeyri-konstruktiv fəaliyyətini diqqət altına almalıdırlar. Əks təqdirdə bir anın içərisində hər şey dəyişə bilər və bunun qarşısını dayandırmaq olduqca çətinləşər".
Artıq son vaxtlar Ermənistan Silahlı Qüvvələrinin yaşayış məntəqələrini də mütəmadi atəş altında saxladığını, dinc əhaliyə qarşı müxtəlif silahlardan istifadə etdiyini bildirən E. Sabiroğlu martın 8-də baş verən hadisəni buna əyani sübut adlandırıb: "Həmin gün saat 16.58-də düşmənin Ağdam rayonunun işğal altındakı Şıxlar kəndi istiqamətindən snayperdən açdığı atəş nəticəsində Orta Qərvənd kənd sakini, 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlu başından yaralanıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Bu 10 yaşlı körpə uşağın günahı nə idi? Onu nişangaha almaq üçün əmr verən erməni zabit həmin an gözləri önünə öz övladını gətirdimi? Çətin. Onlar üçün körpə, qoca, qadın fərqi yoxdur. Xocalı faciəsində onlarla belə körpənin qatilinə çevrilmiş Seyran Ohanyan və digərləri görəsən nə vaxt uşaqlara güllə atmaq, onları öldürmək kimi vəhşi bir fikirdən daşınacaqlar? Deyəsən, düşmən hələ də körpə qatili olmaqdan usanmayıb, doymayıb. Ancaq nə qədər çətin olsa da, Azərbaycan Silahlı Qüvvələri cəbhədə vəziyyətin kəskinləşməməsi üçün cavab atəşi açmadı. Biz mürəkkəbi hələ qurumamış vədlərə belə tezliklə xilaf çıxmamaq üçün bu addımı atmış olduq. Ancaq uşaq qatilləri bilməlidirlər ki, bu vəhşiliklər hər dəfə ağır nəticələr verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB