Albaniya baş nazirinin müavini sabah Azərbaycana rəsmi səfərə gələcək

Albaniya baş nazirinin müavini sabah Azərbaycana rəsmi səfərə gələcək
Cari ilin 10-11 mart tarixində Albaniya Respublikası baş nazirinin müavini və xarici işlər naziri Edmond Hacinasto Azərbaycan Respublikasına rəsmi səfərə gələcək. Xarici İşlər Naziriliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər proqramı çərcivəsində 10 mart tarixində E.Hacinastonun Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə