"Türkiyə münaqişənin həllində Azərbaycanın yanındadır"

“Dağlıq Qarabağ münaqişəsinin həllində dost və qardaş ölkə Azərbaycanın yanında olduğumuzu açıq şəkildə bəyan edirəm”. SİA-nın xəbərinə görə, bunu Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Türkiyə Diyanət İşləri başqanı Ali Erbaş deyib.

“Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi, mədəni abidələrin dağıdılmasını qınayırıq. Məscidlərin, qəbirlərin dağıdılması, bir sözlə islam dininin dəyərlərinə hücumlar qəbuledilməzdir”, - deyə A. Erbaş bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə