Millət vəkili: “Cəmiyyətin təlatümə sürüklənməsi, hər hansı bir qarışıqlığın yaranması Azərbaycanın bütün vətəndaşlarının ziyanınadır” - AÇIQLAMA

Millət vəkili: “Cəmiyyətin təlatümə sürüklənməsi, hər hansı bir qarışıqlığın yaranması Azərbaycanın bütün vətəndaşlarının ziyanınadır” - AÇIQLAMA
"Azərbaycanda "11 mart inqilabı"nın baş verəcəyinin mümkün olub-olmadığını söyləmək çətindir. Amma ümumilikdə bu cəmiyyətin təlatümə sürüklənməsi, hər hansı bir qarışıqlığın yaranması Azərbaycanın bütün vətəndaşlarının ziyanınadır". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, ölkədəki problemlər yalnız ölkə içərisində və daha ağıllı formatda öz həllini tapmalıdır. Onun sözlərinə görə, əks halda problemlər həll olunmayacaq və biz hansısa bir irəliləyişlərə nail ola bilməyəcəyik.
"Qarışıqlıqda daha çox əziyyət çəkən dinc əhali olur. Bu baxımdan Azərbaycanda insanlar, gənclər daha sağlam düşüncəli davranaraq bu sosial şəbəkədən islahatların həyata keçirilməsinə müəyyən dərəcədə təkanverici fəaliyyətlə kömək etməlidirlər. Əks halda bu ancaq cəmiyyətimizin ziyanına işləyəcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə