ABŞ-ın keçmiş müdafiə naziri Səddam Hüseynin verdiyi görüntüləri yayımlayıb
ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld şəxsi internet saytında İraqın devrilmiş lideri Səddam Hüseynin 28 il əvvəl ona hədiyyə etdiyi "qəribə və şokedici" görüntüləri yayımlayıb. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Səddama da Suriyanın keçmiş lideri Hafiz Əsadın verdiyi 1980-ci il tarixli görüntülərdə suriyalı qadın əsgərlərin ilanların başını dişləməsi, kişi əsgərlərin isə bir it balasının bıçaqla öldürməsi görünür.
Məlumata görə, görüntülər Ronald Ramsfeldə keçmiş ABŞ prezidenti Ronald Reyqanın dövründə - 1983-cü ildə Orta Şərq nümayəndəsi olarkən verilib. Qara-ağ olan görüntülərin müddəti isə təxminən 3 dəqiqə yarımdır. ABŞ-ın keçmiş müdafiə nazirinin sözlərinə görə, Səddamın mesajı açıqdır: "Səddamın nə demək istədiyi bəllidir: Suriya rejimi barbardır".
Qeyd edək ki, ABŞ siyasətinin əsas simalarından olan Donald Ramsfeld keçən aylarda xatirələrinin toplandığı "Known and Unknown" (Bilinən və Bilinməyən) kitabını nəşr edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB