Barak Obama ilə Devid Kameron Qəddafinin istefasına nail olmaqla bağlı razılığa gəliblər

Barak Obama ilə Devid Kameron Qəddafinin istefasına nail olmaqla bağlı razılığa gəliblər

ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kameron arasında telefon danışığı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı hər iki diplomat birgə səylərlə Liviyada zorakılığın dayandırılması və ölkə lideri Müammər Qəddafinin istefasına nail olmaqla bağlı razılığa gəliblər.

 

Qeyd edək ki, Müammər Qəddafinin istefası tələbi ilə aksiyalar fevralın 15-dən keçirilir. Təhlükəsizlik qüvvələri və əcnəbi muzdluların aksiya iştirakçıları ilə toqquşmaları nəticəsində təxminən 6000 adam həlak olub. BMT-nin məlumatına görə, Liviyadakı kütləvi iğtişaşlardan xilas olan qaçqınların sayı 180 min nəfəri ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə