Yaponiyanın şimal-şərq sahillərində rixter cədvəli üzrə 7,2 ballıq zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zəlzələdən sonra 50 santimetr yüksəkliyində sunami dalğaları xəbərdarlığı edilib.
Yaponiya Meteoroloji Agenliyinin (JMA) məlumatına görə, zəlzələnin episentri paytaxt Tokionun 300 kilometr şimalında, yerin 10 kilometr dərinliyində olub. Ölənlər və yaralananlar haqqında məlumat verilməyib. "Tohoku Electric Power" şirkəti Onagava nüvə stansiyanının zəlzələdən zərər görmədiyini açıqlayıb.
Qeyd edək ki, Yaponiya dünyanın ən aktiv seymsik bölgələri arasındadır. Bu ölkədə baş verən zəlzələlərin 20 faizinin gücü 6 baldan çox olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB