14 şəhər və rayonda su təchizatı və kanalizasiya sistemləri yenilənəcək

14 şəhər və rayonda su təchizatı və kanalizasiya sistemləri yenilənəcək

Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi" çərçivəsində respublikanın 14 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya xidmətlərinin təmin olunması işləri davam etdirilir.

SİA-nın xəbərinə görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, bu layihənin həyata keçirilməsi ilə Biləsuvar, Qəbələ, Şamaxı, Saatlı, Hacıqabul, Qazax, Quba, Qax, Sabirabad, Samux, Şəmkir, Tərtər rayonları, Mingəçevir, Xırdalan şəhərlərində su təchizatı və kanalizasiya sistemləri qurulacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə