Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi martın 8-də İçərişəhərdə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.
SİA-nın xəbərinə görə, aksiya zamanı İçərişəhər ərazisinə daxil olan hər bir xanıma, eləcə də bu ərazidə yaşayan zərif cinsin nümayəndələrinə sevinc bəxş etmək və bayramlarını təbrik etmək məqsədi ilə qızılgül və təbrik açıqcası hədiyyə olunub. Qadınlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Tədbir şəhər sakinləri tərəfindən müsbət qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB