Mais Səfərli: “Müxalifət fəaliyyətini sifariş əsasında qurur” RƏY-ÖZƏL

Mais Səfərli: “Müxalifət fəaliyyətini sifariş əsasında qurur” RƏY-ÖZƏL

"Bu gün müxalifətin qara niyyəti aydındır". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, yəni bu Azərbaycanda qarşıdurma yaratmaq, stabilliyi pozmaqdan başqa bir şey deyil: "Əgər doğurda da bunların hansısa bir deyiləsi sözləri varsa və mitinq keçirmək istəyirlərsə onlara yer ayrılıb və gedib orada keçirə bilərlər, amma bunu etmirlər. Bunları icazəli yox, daha çox icazəsiz aksiya keçirməyə üstünlük verirlər. Bu da kütləvi aksiya keçirməkdən daha çox stabilliyi pozmağa yönələn bir istəyidir. Nəyə görə onlar, ayrılmış yerdə kütləvi aksiya keçirmək istəmirlər? Çünki onların sosial bazası yoxdur, onları dəstəkləyən insanların sayı kifayət qədər deyil ki, böyük bir stadionda kütləvi aksiya keçirsinlər. Bunlar şəhərin sıx olduğu və insanların nəqliyyatdan istifadə etdiyi yerlərdə pozucu aksiyalar keçirməyə çalışırlar. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən şəxslərin bu cür hərəkətləri bir müddət gündəmdə qalmaq və cəmiyyətin diqqətini cəlb etməyə hesablanıb. Ümumiyyətlə, bu günə qədər müxalifət tərəfindən bir çox aksiyalar keçirilib, amma hər dəfə də aksiyalar uğursuzluğa düçar olub. Bu da bir daha sübut edir ki, müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur və bundan sonrada olmayacaqdır".

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə