Özbəkistan və Azərbaycan hökumətləri arasında iqtisadi əməkdaşlığa dair Sazişi təsdiqlənib
Özbəkistan Prezidenti İslam Kərimov "2011-2015-ci illər üçün Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.
SİA-nın məlumatına görə, Daşkənddə yayımlanan "gazeta.uz" saytının xəbərində bildirilir ki, dövlət başçısının digər Fərmanı ilə "18 iyun 1997-ci ildə imzalanmış "Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının vizasız gəliş-gedişi haqqında Saziş"ə dəyişikliklər və əlavələr edilməsi haqqında Protokol" təsdiqlənib.
Hər iki sənəd 2010-cu il sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri zamanı Daşkənddə imzalanıb.
Məlumatda deyilir ki, Özbəkistan Prezidenti bu sənədlərim imzalanması ilə bağlı Azərbaycan tərəfinə müvafiq məktubun göndərilməsi üçün Xarici İşlər Nazirliyinə göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB