Baş nazir əməliyyat olunub

İtaliyanın baş naziri Silviyo Berluskoni əməliyyat olunub.

SİA-nın xəbərinə örə, iki il öncə başına atılan heykəlcik Berluskoninin burnunu və iki dişini qırmışdı. O zamandan baş nazirin sifətində qalan izləri həkimlər əməliyyat yolu ilə qapatmağa çalışıblar. 74 yaşlı Berluskoninin əməliyyatı 4 saat davam edib.

Əməliyyat haqda detallı məlumat verilməyib, yalnız bir implantasiya və bir sümük transferi edildiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, sümüklərin anatomiyasını düzəltmək üçün əməliyyat zəruri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə