Araz Əzimov Türkiyəyə səfər edəcək

Araz Əzimov Türkiyəyə səfər edəcək

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov martın 9-da Türkiyəyə səfər edəcək. Azərbaycanın Türkiyədəki səfirliyindən SİA-ya verilən xəbərə görə, martın 11-nədək davam edəcək səfərdə siyasi məsləhətləşmələr aparılacaq.

Azərbaycanın xarici işlər nazirinin müavini Türkiyədəki səfirliyimiz tərəfindən Türkiyə Beynəlxalq Araşdırmalar Mərkəzində təşkil edilən konfransıda "Azərbaycanın xarici siyasəti: imkanlar və probelmlər" mövzusunda məruzə ilə çıxış edəcək. Hımçinin Araz Əzimov Bilkənd Universitetində olacağı və "Regional təhlükəsizlik: Azərbaycan-Türkiyə münasibətləri" mövzusunda məruzə ilə çıxış edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə