ABŞ-ın Azərbaycandakı səfirliyi Beynəlxalq Qadınlar Gününə həsr olunmuş görüş keçirib

ABŞ-ın Azərbaycandakı səfirliyi Beynəlxalq Qadınlar Gününə həsr olunmuş görüş keçirib

Martın 7-də ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında ölkəmizin bir qrup işgüzar qadını ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə görüş keçirilib.

SİA-nın xəbərinə görə, görüşdə çıxış edən səfirin xanımı Zeyno Baran bildirib ki, görüşdən məqsəd qadınları bayram münasibətilə təbrik etməkdir. Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində əsaslı işlər görüldüyünü deyən Z.Baran qadınlarla kişilərin bərabərliyinin vacibliyini vurğulamış və XXI əsrin qadın əsri olacağına ümid etdiyini bildirib.

Səfir M.Brayza qadınların Azərbaycan cəmiyyətində yüksək rolundan danışmış, yalnız biznesdə deyil, ictimai həyatın bütün sahələrində fəal olduqlarını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə