Millət vəkillərinin 8 mart təbrikləri...

Millət vəkillərinin 8 mart təbrikləri...
8 Mart bütün dünyada Beynəlxalq Qadinlar Günü kimi qeyd olunur. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi K.Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilib. Beynəlxalq Qadınlar Gününün 8 Martda keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkə qadınları öz həmrəylik gününü məhs bu tarixdə qeyd edəndən sonra ənənənə halını alıb. O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü kimi qeyd olunur.
Bu gün münasibətilə millət vəkilləri də qadınları təbrik etməyi unutmadı. Onların 8 Mart münasibətilə qadınlara söylədikləri təbrikləri oxucuların diqqətinə çatdırırıq.

Millət vəkili İlham Məmmədov:

- Bəşəriyyətin ən dəəyərli neməti insandır. Bunun da böyük bir parçasını da qadın, ana təşkil edir. Biz hər zaman deyirik ki, Ana dili, Ana vətən. Ana sözü özündə qadını ehtiva edir. Ən müqəddəs bir zirvədə dayanan addır ana. Ona görə bütün analarımızı, qadınlarımızı təbrik edirəm. Onlara uzun ömür, can sağlığı arzulayıram. Millətimizin gələcəyi sağlam gələcəyimizin dünyaya gətirdiyi sağlam uşaqların çiyinləri üzərindədir. Qadınların hamısını təbrik edirəm.

Millət vəkili Sahib Aliyev:

- Bütün Azərbaycan qadınlarını təbrik edirəm. Arzum budur ki, bugünə kimi Azərbaycan qadını nə ilə seçilibsə, bundan sonra da onunla seçilsin. Qadın qadın kimi gözəldır, kişi isə kişi kimi. Ümumiyyətlə bugün də kişilərin qadınlara böyük təbriki bügunki qlobal tendensiyalar qarşısında Azərbaycan kişisinin öz statusunu, bu statusunun arxasında duran məramı qoruyub saxlaması olardı. Bu mənə elə gəlir ki, Azərbaycan qadını üçün ən böyük təbriki olardı. Bizdə Azəbaycan kişisi olaraq natamamlıq kompleksi var. Necə ki, işğal altındakı torpaqlarımız qayıtmayıb, bu kompleks qalacaq. Mənim arzum odur ki, biz kompleksdən tezliklə xilas olaq, öz doğma torpaqlarımızı nə qədər sürətlə qaytara bilsək, o qədər onların gözündə uca olar, öz yerimizi, statusumuzu tuta bilərik.

Millət vəkili Fazil Mustafa:

- Azərbaycan qadınları ilin bütün günlərində təbrik olunma haqqı var. Bunun bir geniş məhdudlaşdırmaq əslində qadınlara qarşı bir ədalətsizlik olub. Hətta ədalətsizlik olsa belə, Azərbaycan qadınlarını təbrik etmək lazımdır. Həqiqətən də qadınsız cəmiyyətin taleyi heç zaman irəli gedə bilməz və xoşbəxt ola bilməz. Ona görə də Azərbaycan qadınının ancaq savadlı cəmiyyətdə aparıcı mövqedə olan və gözəl övladlar tərbiyə edən bir qabiliyyətə, imkana sahib olmasını arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə