ABŞ-ın gizli Liviya planı

Pentaqon ərəb körfəzindəki müttəfiqi Səudiyyə Ərəbistanından Liviya üsyançıları silahlandırmasını istəyib. SİA-nın məlumatına görə, belə bir iddia ilə İngiltərənin "The Independent" qəzetinin yazarı Robert Fisk çıxış edib. Onun iddiasına görə Liviyaya birbaşa müdaxilədən çəkinən ABŞ Səudiyyə Ərəbistanının əli ilə Qəddafini devirmək niyyətindədir.

 

Xəbərə görə Vaşinqton Səudiyyə Ərəbistanı rəhbərliyinə sözügedən məsələ ilə bağlı müraciət edib, hətta lazım olan silah-sursatın siyahısını da göndərib: tank əleyhinə raketlər, hava topları, qurudan havaya idarə olunan raketlər və sair. Pentaqon Liviya hava sahəsindəki hərəkətliliyi də izləyir. Gizli plan 1980-ci illərdə də tətbiq olunub. Keçmiş SSRİ tərəfindən Əfqanıstanın işğalı zamanı sovet ordusuna müqavimət göstərən partizanların silahlandırılmasında da Səudiyyə Ərəbistanı ilə əməldaşlıq edilib və bu gün ABŞ-ın 11 Sentyabr sonrası döyüşdüyü Taliban ortaya çıxdı.

 

Qəddafidən xoşu gəlməyən Səudiyyə Ərəbistanı kral Abdullah isə hələ ki, ABŞ-ın istəyinə cavab verməyib. Çünki Ərəbistanda da sakitlik olduğunu demək olmaz. Ərəb dünyasını bürüyən üsyan dalğası bu ölkədə də özünü hiss etdirir. Sünni rəhbərlik şiələrin 11 mart aksiyasına sərt müdaxilə hazırlığı görür. ABŞ-ın Səudiyyə Ərəbistanına "xalqın səsinə qulaq as" deməsi isə çətindir.

 

Liviya müxalifətinə dəstək verməyə çalışan başqa bir ölkə isə İngiltərədir. "MI6" hərbi təyyayə heyətinin vertolyotla Bengaziyə gecə vaxtı gizlicə endirildiyi ortaya çıxıb. Üsyançılar səkkiz hərbçinin ilk olaraq Qəddafinin muzdlu legionerlərdən olduğundan şübhələnib. Daha sonra isə onların ingilislər olduğu məlum olub. Hadisə həm İngiltərə hökumətini ifşa edib, həm də Liviyada baş verənlərə görə xarici ölkələri günahkar bilən Qəddafini haqlı çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə