Goranboy ərazisində yeni arxeoloji tədqiqatlara başlanılıb - FOTOSLAYD

Goranboy ərazisində yeni arxeoloji tədqiqatlara başlanılıb - FOTOSLAYD

Aparılan arxeoloji tədqiqatlar zamanı Goranboy rayonunun Kələk kəndində nəhəng kərpic kürəxanası aşkar edilib. Azərbaycan Elmlər Akademiyasının (AMEA) şöbə müdiri Arif Məmmədovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, tapıntı 12-ci əsrə aiddir.

 

"12-ci əsrdə Gəncə və ətraf ərazilər özünün intibah dövrünü yaşayıb. Bu əsrdə tikinti və abadlıq işləri genişləndiyindən bu cür kürəxanaların sayı çoxluq təşkil edib. Burada istehsal olunan kərpiclər qala tikintisi, yolların və körpülərin salınmasında istifadə olunub. Bu tapıntı Gəncə və onun ətraf ərazilərində təsərrüfat və sənətkarlığın geniş şəkildə tədqiqinə imkan verəcək", - deyə A.Məmmədov əlavə edib.

 

Aparılan arxeoloji qazıntılar zamanı kürəxananın hələ ki müəyyən hissəsi üzə çıxarılıb. Bundan əlavə tapıntının 12-ci əsrə aid olmasını sübut edən arxeoloji nümunələr də aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə