Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən yeni sosial layihə üzrə qrant sazişinin imzalanma mərasimi keçirilib

Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən yeni sosial layihə üzrə qrant sazişinin imzalanma mərasimi keçirilib

Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən "Əlil insanların və uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması və onların cəmiyyətə inteqrasiya olunması" layihəsinin qrant sazişinin imzalanma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabeni layihənin Yaponiya QHT-lərinin inkişaf etməkdə olan ölkələrdə social inkişafa yönələn layihələrin maliyyələşdirmək üçün Yaponiya dövləti tərəfindən verilən "Yaponiya QHT-lərinin layihələri üçün qrant yardımı" şərçivəsində həyata keçirildiyini deyib. O, qeyd edib ki, layihə iki yolla əlil insane və uşaqların cəmiyyətə inteqrasiyasını təmin edəcək: " Birinci inklüziv təhsil üçün adekvat mühitin yaradılması. İkinci isə xüsusi qayğıya ehtiyacı olan insane və uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq üçün icma səfərbərliyini və lazım olan dəstəyi təşkil etməklə. Bu işlə məşğul olacaq müəllim və köməkşilərə, həmçinin aparıcı icma nümayəndələrinə icma səfərbərliyi təlimləri keçiriləcək".

 

Daha sonra çıxış edən Təhsil nazirinin müavini İsgəndər İsgəndərov Təhsil nazirliyi ilə əməkdaşlıq edərək reallaşan layihənin Azərbaycanda inklüziv təhsil islahatı ilə bağlı proqramın yaradılmasında mühim rol oynayacağını bildirib.

 

Azərbaycan respublikası nazirlər kabinetinin aparatında şöbə müdiri Qurban Sadıqov isə Yaponiya hökümətinin Azərbaycana yardım göstərən donor ölklərdən birini olduğunu deyib. O, qeyd edib ki, bu proqram çərçivəsində inklüziv təhsil Bakı, Sumqayıt və Mingəçevirdə məcburi köçkünlər şəhərciyində yerləşən 8 pilot orta məktəbdə həyata keçiriləcək.

 

Mərasimin sonunda Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən yeni sosial layihə üzrə qrant sazişinin imzalanıb. Yaponiya hökumətinin qrant yardımı ilə maliyyələşdirilən, Yaponiya hökümətinin və "Dünyaya Baxış Azərbaycan" ilə Azərbaycan Təhsil nazirliyinin birgə həyata keçirəcəyi layihənin ümumi məbləğı 351,451 ABŞ dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə