Millət vəkili: “Ermənistan siyasəti getdikcə dalana dirənəcək və bir zamanlar onun arxalandığı ölkələr tədricən onun arxasından qaçmağa başlayacaq” - MÖVQE
"Soçi görüşü faktının özü heç şübhəsiz müsbət bir haldır. Dövlət başçıları görüşdülər, bəyanat qəbul etdilər və münaqişənin sülh yolu ilə həlli, hərbi əsirlərin dəyişdirilməsi, baş verən insidentlərin məsləhətləşmələr, danışıqlar yolu ilə həlli məsələlərinin qəbul edilməsi müsbətdir". Bu barədə SİA-ya açıqlamasında Soçi görüşünü şərh edən millət vəkili, tarix elmləri doktoru Musa Qasımlı deyib. O bildirib ki, bu görüş eyni zamanda, bir sıra məqamları baxımından Azərbaycanın üstünlüyünü göstərir. Onun sözlərinə görə, diplomatiyada olan, ancaq bəzən deyilməyən məsələlər var ki, burada da Azərbaycan və Ermənistan prezidentləri fərqli görünürlər: "Hesab edirəm ki, danışıqlar üçün imkanlar hələ tükənməyib və Azərbaycanda sabitlik davam etməli, güclü ordu qurulmalı, bundan əvvəl isə iqtisadiyyatımız daha da inkişaf etməlidir. Düşünürəm ki, Ermənistan siyasəti getdikcə dalana dirənəcək və bir zamanlar onun arxalandığı ölkələr tədricən onun arxasıdan qaçmağa başlayacaq. Çünki həmin ölkələrin maraqları Ermənistanın təcavüzkarlıq siyasətindən qat-qat yüksəkdə durur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB