Gəncə xəstəxanalarına qida məhsulları mərkəzləşdirilmiş qaydada paylanacaq

Gəncə xəstəxanalarına qida məhsulları mərkəzləşdirilmiş qaydada paylanacaq

Gəncə şəhərinin tibb ocaqlarında müalicə olunan xəstələr üçün yeməklər mərkəzləşdirilmiş qaydada paylanacaq. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Səhiyyə İdarəsindən məlumat verilib.

Məlumata əsasən artıq bu istiqamətdə tədbirlər planı var və növbəti ilə qədər həyata keçiriləcək. İlkin məlumatlara görə şəhərin tibb müəssisələri üçün nəzərdə tutulan qida məhsulları 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasında hazırlanacaq. Yəni buradan digər xəstəxanalarda müalicə alan insanlara paylanacaq.

Bu sistem paytaxtda tətbiq olunur. Bunun nəticəsi kimi Gəncədə də yeni sistemə keçid üçün hazırlıq işləri demək olar ki, yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə