"Dünya kitabxanalarında Azərbaycana məxsus əlyazmaları ölkəyə gətirməliyik" TƏKLİF

“Ürək ağrısı ilə qeyd edirəm ki, əsrlər boyu xalqımızın milli müstəqilliyi olmadığına görə, qeyri-maddi mənəvi sərvətlər əlyazmalar talanıb, digər ölkələrə aparılıb. Misal olaraq Füzulinin “Ərəb divanı” uzun 10 illiklər ərzində mütəxxəssilər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapıldı”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Gövhər Baxşəliyeva parlamentin bu gün keçirilən plenar iclasında dövlət büdcəsinin üzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, ölkəyə gələn işğalçıların istilası nəticəsində əl yazmalar kütləvi şəkildə başqa ölkələrə aparılıb: "Xarici ölkələrdə kütləvi şəkildə Azərbaycana məxsus əlyazmalar var. Düşünürəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olmalı, dünya kitabxanalarında mövcud olan əl yazmaları ölkəmizə gətirməliyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə