Türkiyənin Ərzurum şəhərində 27 yanvar-6 fevral tarixlərində keçirilən Qış Oyunları Universiyadasının açılış və bağlanış mərasimində eynilə İrəvanda yerləşən "erməni genosidi" abidəsini xatırladan dekorasiyadan istifadə olunub. SİA xəbər verir ki, Türkiyənin "Nethaber" televiziyasının yaydığı məlumata görə, universiada boyu bu dekorasiyadan istifadə əvvəl Ərzurumda, daha sonra isə bütün Türkiyədə qalmaqala səbəb olub. Türkiyənin "Milli hərəkat" partiyasının Ərzurum üzrə filialının rəhbəri Zekai Kayan bildirib ki, Qış Olimpiya oyunları zamanı stadionda "erməni genosidi"ni xatırladan dekorasiyadan istifadə olunması onların partiyasının gündəliyinə daxil edilib və bu məsələ ilə əlaqədar iş aparılır: "Bu dekorasiya Ərzuruma qarşı yönəlmiş oyunun bir hissəsidirmi, yoxsa hər hansı bir incəsənət layihəsidir? Əgər bu incəsənətin bir növüdürsə, onda nəyi simvolizə edir? Biz bu məsələ üzərində iş aparırıq".
O, bu məsələ ilə bağlı təşkilatçı Mustafa Ərdoğana da müraciət etdiklərini bildirib. O isə açıqlamasında dekorasiyadakı 16 parçanın 16 türk dövlətini simvolizə etdiyini qeyd edib.
O, bu məsələ ilə bağlı təşkilatçı Mustafa Ərdoğana da müraciət etdiklərini bildirib. O isə açıqlamasında dekorasiyadakı 16 parçanın 16 türk dövlətini simvolizə etdiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB