ABŞ Milli Kosmik Agentliyində (NASA) işləyən alim Riçard Hoover kosmosda həyatın olduğunu ortaya qoyan məlumatlar əldə etdiyini bildirib. SİA-nın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, alim yer üzərinə düşən meteoridlərin içində çox kiçik "yadplanetli böcəklərin" izlərinə rast gəldiyini ifadə edib. Astrobioloji ekspert Hoover yerə düşən ən köhnə meteoridlərin içində fotosintez prosesini həyata keçirən bakteriyalara bənzəyən mikroskopik canlıların müəyyən edildiyini söyləyib.
NASA-in Alabama ştatındakı "Marshall" kosmik uçuş mərkəzində apardığı araşdırmalar maraqlı nəticələr ortaya çıxarıb. Hooverin fikrincə, əldə etdiyi mikroskopik canlıların bəzi xüsusiyyətləri İspaniyanın Ebro hövzəsində tapılan "Titanospirillum velox" adındakı bakteriyanın xüsusiyyətlərinə bənzəyir.
Hoover Günəş sistemindəki ən köhnə meteoridlər hesab olunan üç nümunə üzərində araşdırma aparıb. Nəticə isə budur ki, meteoridlərdəki canlılar meteoridlər yer üzünə düşdükdən sonra ortaya çıxmadığını göstərir. Araşdırmalar zamanı tapılan mikroskopik canlılarda həyatın olması üçün təməl elementlərdən biri olan nitrogenin çox az olduğunu üzə çıxarıb.
Harvard Astrofizik Mərkəzində çalışan alim Rudi Şild "əldə edilən tapıntılar həyatın hər yerdə olduğunu və dünyadakı həyatın başqa bir yerdən gəlmə ehtimalını göstərir" deyib. O, daha dəqiq məlumatların ortaya çıxarılması üçün 100 alimin yeni tapıntılar üzərində çalışması çağırışı edib.
Hooverin araşdırması yerdəki həyatın təməlinin kosmosdan gələn mikroorqanizmlər tərəfindən atıldığı nəzəriyyəsini yenidən gücləndirib. Ən son 1996-cı ildə bir başqa NASA araşdırmaçısı David Makkey Antarktikada tapılan bir meteoriddə yerdən kənardakı həyatın izlərinə rast gəldiyini söyləmişdi. Sözügedən meteorid 1984-cü ildə tapılmış və Marsdan gəldiyi müəyyən olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB