Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyində tikinti, yenidənqurma və təmir işləri aparılıb
Son illərdə Azərbaycan Müdafiə Nazirliyinin hərbi şəhərciklərində aparılmış tikinti, yenidənqurma, təmir və abadlıq işləri şəxsi heyətin mənzil-məişət və yaşayış şəraitini yaxşılaşdırmaqla yanaşı, onun döyüş hazırlığı səviyyəsini də yüksəldib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ötən dövrdə Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyində tikinti, yenidənqurma və təmir işləri aparılıb. Ümumi sahəsi 47 050 kvadratmetr (kvm) olan 6 "əsgər yataqxanası", ümumi sahəsi 18 735 kvm. olan 2 "əsgər yeməkxanası", ümumi sahəsi 5 741 kvm. olan 2 "qərargah", ümumi sahəsi 4 472 kvm. olan 2 "tibb məntəqəsi", ümumi sahəsi 28 462 kvm. olan 3 "yaşayış", ümumi sahəsi 2 320 kvm. olan 2 "qazanxana, hamam, camaşırxana", sahəsi 17 600 kvm. olan "cərrahiyyə korpusu", sahəsi 4 918 kvm. olan "inzibati" binaları tikilərək istifadəyə verilib.
Hazırda ümumi sahəsi 46 387 kvm. olan 5 "əsgər yataqxanası", ümumi sahəsi 13 798 kvm. olan 2 "əsgər yeməkxanası", ümumi sahəsi 5 851 kvm. olan 2 "qərargah", ümumi sahəsi 4 472 kvm. olan 2 "tibb məntəqəsi", ümumi sahəsi 85 858 kvm. olan 6 "yaşayış", ümumi sahəsi 2 204 kvm. olan 2 "qazanxana, hamam, camaşırxana" binalarının tikintisi, sahəsi 2 258 kvm. olan "klub-yeməkxana", sahəsi 3 414 kvm. olan "cərrahiyyə şöbəsi", sahəsi 30 173 kvm. olan "8 mərtəbəli müalicə korpusu", ümumi sahəsi 11 000 kvm. olan "yataq korpusu", ümumi sahəsi 33 000 kvm. olan "tədris korpusu" binalarında əsaslı təmir işləri yerinə yetirilir.
"Gəncə-72", "Dəllər-1", "Şəmkir-3", "Seyfəli-1", "Gədəbəy (Saratovka)", "Gədəbəy (Başkənd)", "Zığ-72", "Bərdə-1", "Sarıcalı-1", "Beyləqan (Milabad)" hərbi şəhərciklərində ümumi sahəsi 922 kvm. olan 15 "qazanxana" binaları inşa edilərək, müasir tipli texnoloji avadanlıqlar ilə təchiz olunub. Ümumi uzunluğu 17 850 metr olan ərazidaxili istilik xəttləri və 52 binada binadaxili istilik sistemləri çəkilib. "Bakı-52", "Bakı-55", "Qırmızı Şərq-1", "Qırmızı Şərq-49", "Ağstafa-3", "Pirəküşkül-2" hərbi şəhərciklərində yerləşən qazanxana binaları təmir olunub. "Qırmızı Şərq-1", "Zığ-7", "Ağstafa-3" və "Pirəküşkül-2" hərbi şəhərciklərində yerləşən 14 binanın daxili istilik sistemləri yenidən qurulub. "Beyləqan (Milabad)", "Şamaxı (Qızmeydan)", "Şamaxı (Qurbançı)", "Şamaxı (Sündü)", "Kömürkey" hərbi şəhərciklərində ümumi uzunluğu 7 500 metr olan maqistral yüksək gərginlikli elektrik xətləri çəkilib. "Qaraheybət-1", "Üçtəpə-1", "Biləcəri-190", "Güzdək-1", "Gəncə-38", "Gəncə-76", "Gəncə-84" və "Gəncə-111" hərbi şəhərciklərində 8 "əsgər yataqxanası" və 8 "əsgər yeməkxanası" binalarında daxili təmir işləri yerinə yetirilib. Ümumi sahəsi 18 750 kvm. olan 24 "texniki" binanın dam örtüyü təmir olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB