“CEBİT 2011” texnika sərgisi bağlanıb

“CEBİT 2011” texnika sərgisi bağlanıb

Türkiyənin tərəfdaş ölkə olduğu baş nazir Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkelin açılış etdiyi "CEBİT 2011" texnika sərgisi bağlanıb.

SİA-nın məlumatına görə, sərgini bu il 400 min nəfər ziyarət edib.

12 milyard dollarlıq iş həcminin həyata keçirildiyi sərgidən bu il türk firmaları qazancla ayrılıb.

"CEBİT"ə bu il 3 G texnika möhür vurub. Eynəksiz izlənə bilinən 3 G televizorlar, həm günəş eynəyi həm də 3 G monitorları izləmək ücün olan eynəklər də ilk dəfə sərgidə nümayiş olunub. Anğılla hərəkət edən robortlar ilə bərabər, öz-özünü idarə edən robortlar da ilk dəfə sərgilənib.

Türkiyənin də sponsoru olduğu sərgidə 92 türk firması iştirak edib. Sərgidə Türkiyənin sponsor ölkə olması ilə əlaqədar məhəllə və küçələrdə Türkiyənin reklamları yerləşdirilib.

400 min nəfərin iştirak etdiyi texnika sərgisində ümumilikdə 12 milyard dollarlıq bir iş həcmi ortaya çıxıb.

Qeyd edək ki, Almaniyada keçirilən texnika sərgisində, TRT də ilk dəfə iştirak edib

Bütün xəbərlər Facebook səhifəmizdə