Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb.
SİA-nın xəbərinə görə, Azərbaycan dövlətinin başçısını Soçinin "Adler" Beynəlxalq aeroportunda şəhərin meri Anatoli Paxomov və digər rəsmi şəxslər yola salıblar.
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıdıb.
Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB