Antalyada “ICSCCW – 2011” kompyuterlər üzrə altıncı beynəlxalq konfrans keçiriləcək
Sentyabrın 1-2-də Antalya (Türkiyə) şəhərində "ICSCCW – 2011" Soft kompyutinq, sistemli təhlil, qərar qəbuletmə və idarəetmədə söz və persepsiya ilə işləyən kompyuterlər üzrə altıncı beynəlxalq konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirin təşkilatçıları "Zadə İrsi" Assosiasiyası, Türkiyə Soft Kompyutinq əsaslı İntellekt Cəmiyyəti (Türkiyə), Ziqen Universiteti (Almaniya), Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Universiteti, BİSC – Soft Kompyutinq üzrə Berkli İnisiativi (ABŞ), ACE Mərkəzi, Texas Universiteti (San Antonio, ABŞ), Corciya Dövlət Universiteti (Atlanta, ABŞ), Odlar Yurdu Universiteti, Alberta Universiteti (Kanada), İqtisadiyyat və Texnologiya Universitetidir (Türkiyə). Konfransın fəxri sədri professor Lütfi Zadədir.
Konfransda əsasən Soft kompyutinq nəzəriyyəsi və texnologiyası, hibrid soft kompyutinq sistemləri, soft kompyutinq və agentlər texnologiyası, sözlərə əsaslanan qeyri-səlis mühakimə, biliyin sözə əsaslanan təsviri, təəssüratın təsviri və çevrilmələri, soft kompyutinq və sözlə hesablamanın təhlildə, qərar qəbuletmədə və idarəetmədə, eləcə də iqtisadiyyat, elm, incəsənət, təbabət, sənaye mühəndisliyi, ekologiya, maliyyə mühəndisliyi, biznes, elektron kommersiya, yer elmlərində tətbiqi, neyron və qeyri-səlis hesablamanın qabaqcıl paradiqmləri, təkamüllü hesablama, qeyri-səlis məntiqin biznes və iqtisadiyyatda tətbiqi, dürüst olmayan informasiya əsasında qərar qəbuletmə istiqamətlərində məruzələr dinləniləcək.
Konfransa qeyd olunan istiqamətlər üzrə orijinal elmi-tədqiqat işləri qəbul edilir. Məqalələr 15 iyun 2011-ci il tarixədək təqdim olunmalıdır. Tədbir ilə əlaqədar təşkilat komitəsinin həmsədrləri prof. R.Qurbanova (tel: 498-59-61, 493-45-38, Bakı, Azadlıq pr.20, ADNA, otaq 238, [email protected] ), və prof. A.Musayevə (tel: 430-30-80, Bakı, 85 General Akim Abbasov, Azərbaycan Universiteti, [email protected] , [email protected] ) müraciət etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB