Qazaxıstanda anti-erməni əhval-ruhiyyəsi

Qazaxıstanda anti-erməni əhval-ruhiyyəsi

Qazaxıstanda, 2019-cu il Yeni il gecəsi, Кaraqanda şəhərində "Qədim Roma" restoranı yaxınlığında baş verən kütləvi davanın məhkəməsi başa çatıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, etnik ermənilərin iştirak etdiyi və bir gənc oğlanın öldürüldüyü döyüş Qazaxıstanda anti-erməni əhval-ruhiyyəsinə səbəb olub.

Məlumatda davamın digər iştirakçılarının cəza aldığı da qeyd olunur. Onlardan 4-ü “xuliqanlıq” maddəsi ilə üç il müddətinə azadlıqdan məhrum edilib. Daha altı nəfər azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bu işə qarışan digər bir şəxs Ermənistan vətəndaşı Narek Qururyan Rusiyadan Qazaxıstana təhvil verilməsini gözləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə