Bağdadda nümayişlərin dağıdılması nəticəsində 25 nəfər zəhərlənib
Bağdadda bu gün hökumət əleyhinə nümayişləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə nəticəsində 20-dən çox insan yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Bağdadın mərkəzində yerləşən Cisr əl-Əhrar və Cisr əl-Şuhad körpüləri ərazisindəki nümayişlərin qarşısının alınması prosesində 25 nəfər gözyaşardıcı qazdan boğulub”, - deyə mənbədə bildirilir.
Məlumata görə, təhlükəsizlik işçiləri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
İraqın paytaxtında keçirilən digər nümayişdə iki nəfər ölüb. Təhlükəsizlik işçilərinin Mərkəzi Bankın qarşısında keçirilən etirazın qarşısını almaq üçün havaya atəş açması bir nəfərin yaralanmasına səbəb olub.
Qeyd edək ki, Bağdadda oktyabrın əvvəlindən başlayan etiraz aksiyaları zamanı nümayişçilər hökumətin istefasını, korrupsiyaya, işsizliyə və daha yaxşı yaşayış şəraitinə qarşı mübarizə tələb edirlər. Bundan əvvəl, hakimiyyət etirazların alovlandığı əyalətdə təhlükəsizlik orqanlarının rəhbərliyində dəyişikliklər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB