Ermənistan təhsilində özbaşınalıq hökm sürür. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu İrıvan Dövlət Universitetinin Tələbə Şurasının sədri David Apoyan jurnalistlərə verdiyi müsahibədə deyib.
Məlumatda qeyd olunur ki, filologiya fakültəsinin tələbələri universitetdə “erməni dili”, “Ermənistan tarixi” və “erməni ədəbiyyatı” fənlərinin məcburi tədrisinin ləğvi barədə qərara etiraz olaraq İrəvan Dövlət Universitetində etiraz aksiyasını davam etdirirlər.
“Mən ümumilikdə təhsillə əlaqəli Araik Arutyunyanın yanaşmalarından çox narazıyam, çünki təhsildə tamamilə özbaşınalıq hökm sürür. Düşünmürəm ki, bu hökumətin diqqət mərkəzindədir", deyə Tələbə Şurasının sədri bildirib.
Onun sözlərinə görə, nazirlik İrəvan Dövlət Universitetində daxili nizam-intizama və qaydalara əhəmiyyət vermir. Tələbə təhsildə heç bir irəliləyişin müşahidə olunmadığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB