Ermənistanın nazirliklərində xaos hökm sürür

Ermənistanın nazirliklərində xaos hökm sürür

Ermənistan hökumətinin tərkibindəki struktur dəyişikliklərindən və nazirliklərin qondarma "super nazirliklərdə" birləşməsindən sonra ölkədə tam xaos var. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən yazır ki, bu barədə "Past" qəzeti öz mənbələrinə istinadən yazı dərc edib.

Qəzetin yazdığına görə, sahəyə cavabdeh olanlar və nazirliklərin işçiləri nazirliklərin ayrı-ayrı şöbələrinin funksiyalarının mahiyyətini başa düşə bilmirlər və hər şey qarışıqdır. Hər şeydən əvvəl, dar "spesifikliyi" olan sahələrə çevrilən nazirlərin oradakı problemlər və onların həlli yolları barədə təsəvvürləri belə yoxdur. Bundan əlavə, müvafiq sahəyə cavabdeh olan nazir müavinləri məsələləri həll edə bilmir və vəziyyət barədə nazirə ətraflı izah edə bilmirlər.
Bununla əlaqədar nəşr super nazirliklərdən birinin əməkdaşı ilə söhbət edib. Söhbət zamanı deyilib ki, müxtəlif sahələrin birləşməsi sırf rəsmi xarakter daşıyır, çünki əslində nazirliklər ayrıca idarə olunmaqda davam edir. Bəzən isə müvafiq sferanın nazir müavini bir söz, nazir isə onun əksini söylədikdə absurd bir vəziyyət yaranır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə