Hazırda isə seçki kampaniyası çərçivəsində namizədlərin irəli sürülməsi və onların qeydə alınması üçün seçici imzalarının toplanılması mərhələsidir
Yeni Azərbaycan Partiyasının (YAP) yerli strukturları bələdiyyələrə keçiriləcək seçkilərə yüksək səviyyədə hazırlaşır və bu mərhələdə uğurla fəaliyyət göstərməkdədir. SİA xəbər verir ki, bununla bağlı YAP Pirallahı rayon təşkilatının məlumatında bildirilir. Qeyd olunur ki, mütəşəkkil hazırlıq prosesi əldə edilən uğurlu nəticələrlə özünü göstərməkdədir.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov da seçki kampaniyasına hazır olduqlarını bildirib: “Biz öz işimizi partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə qurmuşuq. Bir müddət öncə YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsi yaradılıb. Qərargahın rayon şöbəsinin 11 nəfər üzvü var ki, onlar mütəmadi olaraq toplaşırlar. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb, onların hər biri gördüyü işlər barədə mütəmadi olaraq məlumat verir”.
O qeyd edib ki, Pirallahı rayonu üzrə 1 seçki dairəsi mövcuddur. 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən rayonumuzda 10 məntəqə üzrə 10 min 793 seçici qeydiyyatdadır. Hikmət Şikarovun sözlərinə görə, artıq namizədlərin qeydə alınması üçün noyabrın 5-dən imza toplanılması prosesinə başlanılıb: “Bu prosesi 13nəfər partiya fəalı həyata keçirir. Onlar evlərə gedərək imza toplayırlar. Hər bir irəli sürülən namizədin qeydə alınması üçün minimum 150 seçici imzası tələb olunur. Biz də noyabrın 5-dən imza toplamağa başlamışıq. Çox xoşdur ki, vətəndaşlar heç bir tərəddüd etmədən, böyük həvəslə YAP-ın namizədləri üçün imza verirlər. Bu da partiyamızın xalq arasında yüksək nüfuzunun bariz göstəricisidir”.
Təşkilat sədri sonda onu da deyib ki, imzatoplama prosesi qısa müddət ərzində başa çatacaq.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB