Ermənistanın səhiyyə sektorunda da bir diktatura qurulur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan Milli Səhiyyə İdarəsinin sədri Qevorg Qrigoryan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Məlumata görə o, nəzərə çatdırıb ki, səhiyyə sektorunda da çox sayda problem və çatışmazlıq var.
“Səhiyyə Nazirliyi siyasəti inkişaf etdirən orqandır, lakin əslində informasiya sahəsinə verilən bütün məlumat axınını idarə etməyə çalışır. Bu səhvdir və bəyənilmir. Bu, səhiyyə sahəsində də bir diktaturanın qurulması deməkdir. Demokratiya ideyası bu gün səhiyyədəd də işə yaramır”, deyə Qevorq Qriqoryan bildirib.
Ermənistan Milli Səhiyyə Şurasının sədri, tibb sektorunda KİV-də işıqlandırılmayan çoxsaylı korrupsiya risklərinin olduğunu da vurğulayıb. Qevorq Qriqoryanın sözlərinə görə, bu risklər əsasən tibb mərkəzlərinin və müxtəlif dövlət proqramlarının maliyyələşdirilməsi nəticəsində yaranır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB