Trump rəhbərliyi erməni soyqırımını tanımaqdan imtina edir. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu məlumatı Bloomberg yayıb.
Məlumatda qeyd olunur ki, ABŞ Prezidenti Donald Trump Administrasiyası, Nümayəndələr Palatasının erməni soyqırımının tanınması və Türkiyəyə qarşı sanksiya tətbiq edilməsi ilə bağlı qəbul etdiyi qətnaməyə qarşı çıxıb.
ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Bloomberg-ə açıqlamasında bildirib ki, "Suriyanın işğalı üçün Türkiyənin qınanılması ilə eyni vaxtda Soyqırım qətnaməsinin qəbul edilməməsi səhv vaxtda edilib və bu qanunvericiliyin qəbul edilməsinə səbəb ola bilər.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB