“Uşaqların Xoşbəxt Gələcəyi” İB valideynləri tərəfindən öldürülən 5 yaşlı qızın ölümü ilə əlaqədar bəyanat yayıb
"Uşaqların Xoşbəxt Gələcəyi " İctimai Birliyi valideynləri tərəfindən öldürülən 5 yaşlı Sevinc Şahlar qızı Həsənovanın ölümü ilə əlaqədar bəyanat yayıb. İB-dən SİA-ya verilən xəbərə görə, bəyanatda bildirilib ki, Bakıda atası və ögey anası tərəfindən insanlığa sığmayan vəhşiliklə öldürülən 5 yaşlı Sevinc Şahlar qızı Həsənovanın ölüm xəbəri "Uşaqların Xöşbəxt Gələcəyi " İB-ni hiddətləndirdi.
"Biz 5 yaşlı uşağın ölümünə səbəb olan qatilləri, atası və ögey anasının ciddi şəkildə cəzalandırılmasının, onların hər ikisinin ömürlük həbsə məhkum edilmələrini aidiyyəti orqanlardan xahiş edirik. Biz hesab edirik ki, yad uşaqlar yoxdur. Uşaqların hər biri bizim gələcəyimizdir. Onların hər biri sevilməyə, nazlarının çəkilməsinə layiqdirlər. Biz hesab edirik ki, bu gün uşaqların hüquqlarının qorunması sahəsində müəyyən boşluqların olması bu kimi acınacaqlı hadisələrin baş verməsi ilə nəticələnir.
Biz Uşaqların Xöşbəxt Gələcəyi üçün bütün orqanların bir yerdə fəaliyyət göstərməsini, gələcəkdə bu kimi hadisələrin qarşısının alınması üçün ictimai və dövlət orqanları ilə birgə işci qrupunun yaradılması və problemli ailələri aşkarlayaraq uşaqlara qarşı zorakılığın aradan qaldırılmasında qarşılıqlı fəaliyyətin tərəfdarıyıq. Eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarından öz ərazilərində yaşayan problemli ailələrin siyahısının müəyyən edilməsi onlarla müvafiq reabilitasiya işlərinin aparılması və uşaqları zorakılığdan müdafiə etmək üçün qanun çərçivəsində onlara verilən səlahətlərində istifadə etməyə çağırırıq.
Biz hesab edirik ki, uşaqların zorakılıqdan müdafiə edilməsi məqsədi ilə orta məktəblərdə maarifləndirmə işi gücləndirilməli, uşaqlar üçün etimad telefonları yaradılmalıdır", - bəyanatda qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB