“İnsanovun kif atmış, Kərimlinin nimdaş təfəkküründən birlik modeli olmaz” RƏY-ÖZƏL
"Noyabrın 5-də Müsavatın qərargahında bir qrup müxalifət liderinin birlik yaratmaq ideyasını gerçəkləşdirməkdən ötrü toplanması, xüsusən də sabiq səhiyyə naziri Əli İnsanovu da aralarına qatması, əsl şoudur". Bunu SİA-ya açıqlamasında ADİİM-nin sədri “Avrasiya” İA-nın baş redaktoru Cavid Şahverdiyev deyib.
Onun sözlərinə görə, radikallar artıq özləri də bilmirlər ki, hansı istiqamətdə addımlayırlar, fikirləri nədir, hansı yolu tutmaq, yanlarında kimləri görmək istəyirlər: "Bu gün radikallar “insanlaş”maq istədiklərindən İnsanovu özlərinə dost sayıblar. Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn və İnsanovu öz yanlarında görən başqaları da uzaq tarixi yaddan çıxarmayıblar. Əli İnsanov həbs edildikdən sonra evindən çıxan külçə qızıllar, milyonlarla dollarların efirdə göstərilməsindən xəbərsiz olmayıblar. Hansılar ki, elə o masa arxasında əyləşənlər Əli İnsanov həbs edilərkən onun ünvanına ağır, təhqiredici ittihamlar söyləmişdilər. Əli İnsanovun özü də hakimiyyətdə təmsil olanda radikallara qarşı nifrətini söyüşlə, təhqirlə ifadə etmişdi. İndi bir masa arxasında oturmaq birlik yaratmaq haqqında fikir mübadiləsi aparmaq nəyə hesablanıb? Orada oturanlar arasında heç bir səmimilik və etibarlıqdan söhbət gedə bilməz. Vaxtilə bir-birlərinə xəyanət edənlər, bir-birlərinə arxadan zərbələr endirənlər arasında hansı birlikdən söhbət gedə bilər. Artıq Qərb də onlara vəsait ödəməkdən usanıb. Radikallara cəmiyyətdə itirilən nüfuzuna gülür. Ona görə də bu gün Əli İnsanov faktorundan yararlanmaq niyyətindədirlər. Bir az da ondan pul qopartmaq məqsədilər öz aralarına salıblar. Dəyirmi masa ətrafında əyləşənlər yaxşı bilirlər ki, nə ayrı-ayrılıqda, nə də birlikdə bir güc olmayacaqlar. Hansı birlik modelini təklif edə biləcəklər? Onların birliyi şəxsi ambisiyalar üzərində qurulacaq. Bu birlikdə hər biri öz şəxsi mənafeyini güdəcək, kim daha çox qazanacaq prinsipi ilə hərəkət edəcəklər. İnsanovun kif atmış, Kərimli kimi radikalların nimdaşlaşmış təfəkkürlərindən heç bir birlik modeli çıxmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB