Ermənistanda bütün qanun keşikçilərinə sayıq olmaq əmri verilib

Ermənistanda bütün qanun keşikçilərinə sayıq olmaq əmri verilib
Ermənistan polisi martın 15-nə kimi gücləndirilmiş rejimdə işləyəcək. SİA xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Jamanax" qəzeti polisdəki mənbədən verilən məlumata əsasən yayıb. Belə ki, Erməni Milli Konqesinin mitinqindən sonra erməni polisi martın 15-nə kimi gücləndirilmiş iş rejiminə keçəcək. Bununla əlaqədar əsasən növbətçi xidmətində olan polislər üçün birdaraqlı tapança əvəzinə ikidaraqlı verilir, paytaxt Yerevana gecə saatlarında gələn bütün maşınlar yoxlanılır. Bundan başqa bütün qanun keşikçilərinə sayıq olmaq əmri verilib.
Qəzetdə həmçinin qeyd edilir ki, Ermənistan ərazisində olan bütün "qanuni oğru"lara xəbədarlıq edilib ki, aktiv fəaliyyətlərdən və kriminal təşəbbüslərdən kənar dursunlar. İtaətsizlik olduğu halda kriminal dünyanın başçıları həbslə təhdid ediliblər. Polisdən bildirilir ki, bu əmr ölkədə siyasi proseslərin başlanması və əlavə baş ağrısı istəməmələri ilə əlaqədar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə