Ramil Usubov bölgələrdə vətəndaşları qəbul edəcək

Ramil Usubov bölgələrdə vətəndaşları qəbul edəcək

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bölgələrdə vətəndaşları qəbul edəcək.

SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, R. Usubov martın 15-də Şirvan şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Saatlı, Cəbrayıl sakinlərini, martın 26-da isə Quba rayonunda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı sakinlərini qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə