Ermənistan Respublikasında hüquq ideyası uduzmaq mərhələsindədir və hələlik formalaşmamış bir embrion vəziyyətində yuvadaca boğulmaqdadır. Bəlkə də bir çoxları üçün bu təzahür görünmür və qəbul da edilmir, çünki insanların böyük əksəriyyəti digər hisslərin mövcudluğunu unutaraq yalnız fiziki şəkilləri görməyə alışır. Sadə dillə desək, hüquq ideyası şüurun görünməyən məkanında məhv edilir. Bu, illərlə davam edə bilən, tədricən gedən bir prosesdir və nəticədə görünən fiziki hala gələ bilir. Lakin sonda müqavimət göstərmək mümkün olmayacaq, müqavimət öz mahiyyətini itirəcək ki, bu, tələsik müdaxilə kimi görünəcək, çünki qanunun tədricən məhv edilməsi demokratiyanın dəyərsizləşməsinə və mövcudluğunun mənasızlığına səbəb olacaq.
Bu cür dinamikanın qarşısını almaq üçün Ermənistan hökuməti "məxməri" mahiyyətini dəyişdirmək və qətiyyətli, sərt siyasətə keçmək məcburiyyəti, tələbi qarşısındadır. İnqilabdan sonrakı qansız repressiyalardan bəhs olunur. Həmin repressiyalardan ki, bir tərəfdən idarə olunmayan inqilab fırtınasını sakitləşdirməli, digər tərəfdən isə sərt və cərrahi müdaxilə ilə qanunun aliliyini zorla təsdiqlətdirməli idi. Ermənistanın baş naziri təcili şəkildə repressiyaları tətbiq etməli oldu. Səsi çıxanın səsini boğdu. Kimini vəzifə səlahiyyətlərindən sui istifadə ilə, kimini hansısa maxinasiyalarda iştirak adı ilə, kimini də şəxsi mülkiyyətinin qanunsuz yollarla topladığı vəsaitlər hesabına ərsəyə gətirdiyini bəhanə etməklə, müxtəlif şəkildə cəzalandırdı ki, bunun da adı elə repressiyadır. Başlanğıcdan da bu repressiyanı Koçaryan üzərində sınamaq qərarına gəldi və özündən əvvəlki hakimiyyəti, bu hakimiyyətə meyilli olanları bir-bir zərərsizləşdirməyi münasib hesab etdi Paşinyan. Artıq demokratik dediyi, daha doğrusu demokratik cəmiyyət kimi sırıdığı bir quruluşu öz əli ilə çürütməyə başladı. İndi bütün Ermənistan çürük demokratiya köklərinin üstündə ən xəfif küləyə, ən zəif dalğaya tab gətirə bilməyən bir quruluşu xatırladır. Belə bir quruluşun ən azından mövcudluğunu qorumaq üçün isə Paşinyana artıq bundan sonra demokratiya yox elə dəyənək lazım olacaq. Ona aldanaraq küçədən gətirən xalqı döyən dəyənək.
Nikol Paşinyan əlinin altında olan dəyənəkdən təcili şəkildə istifadə etmək məcburiyyətindədir. Çünki, onun bu fürsətdən istifadə etmək üçün çox az vaxtı qalıb. Əks halda, yəni Paşinyan əl altındakı dəyənəyi istifadə etməzsə, “məxməri” adı qoyduğu şəkildə də davam etməkdə israrlı olarsa, bu dəyənək tezliklə başqalarının, xüsusən də, yeni arturvanesyanların əlinə keçəcək. O halda erməni baş nazir nəinki dəyənəyini, hətta başı ilə birgə hər şeyini itirməli olacaq. Elə də ola bilər ki, bütövlükdə Ermənistanı ermənilər itirələr.
Demokratiya, hər zaman hədiyyə bəxş edən yumşaq və incə oyuncaq deyil. İdarə etmək üçün nəzarət mexanizmini qorumaq da demokratiyanı qorumaq deməkdir. Nikol Paşinyan və hakim komanda şərt qarşısında qalaraq qətiyyətli və kobud metodlara keçmək məcburiyyətindədir. İnqilabi cəza dəyənəyini işə salmaq məcburiyyəti qarşısında qaldığını da Paşinyan başa düşür. Alternativ davranışların məğlubiyyət, bir daha geri dönməyən demokratiya olduğunu başa düşməyəcəksə, Nikol Paşinyanla birlikdə bütün ermənilər onu birdəfəlik itirəcəklər. Ermənistan demokratiya görmədən dəyənək zərbələrində əzilmək, dözmək mərhələsi astanasındadır. Bu Qərbin erməni xalqına söz verdiyi yalançı demokratiyanın təzahürüdür və bundan artığına da güman etmək sadəlövhlükdür. Qərbin nə vaxtsa Qafqazda xalqı düşündüyünü görən də olmayıb və Paşinyan kimi marionetləri ortaya atanda həm o marionetləri birdəfəlik istifadə kimi nəzərdə tutub, həm də cəmiyyəti belə öz oyununda alət etməkdən çəkinməyib.
Nikol Paşinyan özünün marionet olduğunu bəlkə də əvvəldən də bilirdi. Amma ən azından sonradan da olsa bunu anladı. Əks halda, “təpik atdığı” Rusiyaya sonradan yalvarmağa başlamazdı. Hər bir halda artıq gecdir, Qərbin dəstəyindən məhrum olan və meydanda tək qalan Nikol bu oyunların fonunda ələ keçirdiyi hakimiyyətini qorumaq üçün çalışacaq və bunun üçün artıq demokratiya nağılları keçərli deyil. Bu nağılların işə yaramadığını istefalar dalğasında da dünya ictimaiyyəti gördü, narazılıqlar fonunda da. İndi Ermənistanda bu marionetə qarşı birləşməkdə olan saysız-hesabsız qüvvələr, yeni-yeni arturvanesyanlar var ki, bu da erməni baş naziri üçün baş nazir postunu da yox, elə başını itirməsi deməkdir. Belə olan təqdirdə, yaşamaq, statusunu, məqamənə qorumaq uğrunda mübarizədə Paşinyan yalnız dəyənəyə, zor istifadəsinə əl atmaq məcburiyyətindədir. Hər bir halda Ermənistan cəmiyyətini, erməniləri acı nəticələr, arzulamadıqları sonluq gözləyir. Demokratiya nağılının sonu təkcə Paşinyanın deyil, bütövlükdə ermənilərin özlərinin də lə sonu kimi bir şeydir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB