İngiltərə Milli Arxivi minlərlə gizli sənədi ictimaiyyətin istifadəsinə verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunlardan daha çox diqqət çəkəni 11 sentyabr 2001-ci il hücumu öncəsi uçan naməlum obyektlərin (UNO) görünməsi ilə bağlı iddiaların yer aldığı sənədlərdir.
Yeni açıqlanan 35 sənəddə 11 sentyabr hücumları öncəsi, yəni 2001-ci il yanvar və iyul ayları arasında 15 dəfə naməlum uçan obyektin İngiltərəyə yaxınlaşarkən radarlar tərəfindən müəyyən edildiyi əksini tapıb. İngiltərə Müdafiə Nazirliyi 11 sentyabr tarixində tək bir UNO xəbəri alır, ancaq bu iddia radarlar tərəfindən qeydə alınmayıb.
Sənədlərdə UNO-nun İngiltərinin "Lancaster" borbardmançı təyyarəsinə yaxınlaşdığı da iddia edilir. Dünənə qədər gizli olan bu sənədlər 1979-cu ilin yanvar ayında, İngiltərənin maliyyə böhranı yaşadığı, müxtəlif peşə sahiblərinin ölkə miqyasında tətilə etməyə hazırlaşdığı vaxtda Lordlar Palatasının bütün bir iclas ərzində yalnız UNO mövzusunu müzakirə etdiyini göstərir. Sənədlərdə həmçinin qeyd edilib ki, İngiltərə nüfuzundan istifadə edərək Qrenada dövlət başçısı Erik Garyin Birləşmiş Millətlər Təşkilatına (BMT) "UNO mövzusunu araşdırın" şəklindəki çağırışına qarşı çıxıb.
Qeyd edək ki, UNO-lar insanlığın daim maraqlandığı mövzulardan biri olub. UNO-ların yerə yaxınlaşdığını göstərən bir çox foto və videogörüntülər qeydə alınsa da, onların gerçək olması ilə bağlı hər zaman mübahisələr olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB