Ağır vəziyyətdə olan iki erməni reanimasiyaya yerləşdirilib

Ağır vəziyyətdə olan iki erməni reanimasiyaya yerləşdirilib

Sankt-Peterburqda liftin düşməsi nəticəsində iki erməni reanimasiyaya yerləşdirilib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Rusiya Sankt-Peterburq İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, noyabrın 4-də Sankt-Peterburqun Nevski rayonundakı 18 nömrəli doğum evində təmir işləri aparılarkən lift kabeli qırılıb, nəticədə iki işçi liftin şaxtasına düşüb. Mətbuat xidmətinin məlumatına görə, lift avadanlığının dəyişdirilməsi ilə bağlı aparılan tikinti işləri və digər işlər zamanı kabel qırıldığından iki işçinin sağlamlığına ciddi zərər dəyib.

Nəşrin məlumatına görə, hər iki zərərçəkən Ermənistandandır. Onlardan birinin 28, digərinin 35 yaşı var. Yaralılar çox sayda açıq və qapalı sınıqlar, daxili orqanların qanamaları ilə ağır vəziyyətdədirlər. 28 yaşlı işçi həkimlər tərəfindən şok reanimasiyaya yerləşdirilib.

Hadisə ilə əlaqədar İstintaq Komitəsi "Tikinti işləri zamanı təhlükəsizlik qaydalarını pozma" maddəsi ilə cinayət işi açıb. Baş verənlərin bütün hallarının müəyyən edilməsi üçün tədbirlər görülür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə