Əlimizdə olan hər şey hüquqi şəkildə, qanuni olaraq əldə edilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, hazırda həbsdə olan Robert Köçəryanın oğlu Levon Köçəryan bu gün jurnalistlərə müsahibəsində deyib.
Məlumatda qeyilir ki, Levon Koçaryan ailəsinin var-dövləti haqqında danışıb.
"Bizimlə bağlı kiçik işlərdə məhkəmələrə heç bir təzyiq olmayacağına inanmaq istəyirəm. Amma, bununla yanaşı bilirəm ki, bütün digər məqamlarda birinci şəxsdən başlayaraq hakimiyyət ciddi təzyiq göstərir", deyə Levon Köçəryan bildirib.
O, Robert Köçəryanı dəstəkləmək üçün imza toplamağa təşəbbüs göstərən Vitali Balasanyana da öz minnətdarlığını bildirməyi də unutmayıb.
Bölgələrdə imzaların toplanmasına gəlincə, Levon Koçaryan mətbuatda gedən prosesi izlədiyini və indi bütün bunlarda iştirak etmək istəmədiyini dilə gətirib.
Ailələrinin var-dövlətindən danışan Levon Koçaryan, illər keçdikcə xalqa yalan məlumatlar verildiyini də qeyd edib. Əldə etdikləri hər şeyin hüquqi yolla, qanuni şəkildə əldə edildiyini də xatırladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB