Rusiyada yastıqlı aksiya

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının sədri, müxalifətdəki "Ədalətli Rusiya" Partiyasının lideri Sergey Mironova yastıq atılıb.

SİA-nın xəbərinə görə, Mironov seçki öncəsi hazırlıqlar çərçivəsində Kursk şəhərində keçirilən mitinqdə çıxış edərkən üzərinə bir yastıq fırladılıb. Parlament sədrinin üzünə dəyən yastığın tükləri ətrafa saçılıb.

Aksiyanı həyata keçirən şəxs dərhal həbs edilib. Yastığı atan 20 yaşlı gəncin universitet tələbəsi olduğu bildirilib. Gənc dekabr ayında qarda ölümə tərk edilən 300 min cücənin qisasını almaq istədiyini deyib.

Qeyd edək ki. dekabr ayında Kurskdakı bir fermada rəhbərlik iflas etdiyini açıqlayaraq 300 min cücəni küçəyə - zibil qutularına atıb

Bütün xəbərlər Facebook səhifəmizdə