İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin oğlu Möhsün Haşimi Tehran metropoliteninin rəhbərliyindən istefa verib. SİA-nın xəbərinə görə, Tehran metropoliteninə 1994-cü ildən rəhbərlik edən Möhsün Haşimi martın 4-də Tehran merinə ərizə yazaraq tutduğu vəzifədən istefa verdiyini bildirib.
Möhsün Haşimi Tehran merinə yazdığı məktubunda istefasını səbəbini hökumətin onunla əməkdaşlıq etməməsi, xarici sanksiyalar və Tehran metrosunun genişləndirilməsi üçün lazım olan vəsaitin ayrılmaması ilə əlaqələndirib.
İranda islahat tərəfdarı olan bəzi qurumlar isə Möhsün Haşiminin vəzifəsindən istefa verməsini son vaxtlar hakimiyyət dairələrində Rəfsəncanilər ailəsinə qarşı artan təzyiqlərlə izah edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB