Milli Məclisin deputat Cavid Osmanov "Milli Şura" sədri Cəmil Həsənlinin öz ölkəsinə, xalqına qarşı ayrı-ayrı dövlətlərin sanksiya tətbiq etmək istəyini acınacaqlı hal kimi dəyərləndirib. Bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının "erməni soyqırımı” ilə bağlı qətnaməsi bütün türk dünyasını sarsıdıb, bununla bağlı Azərbaycan tərəfi rəsmi mövqe bildirib, lakin radikal müxalifət ümummilli məsələdə vahid mövqedən çıxış etməyi bacarmayıb. Deputat SİA-ya açıqlamasında deyib ki, belə bir ümummilli məsələnin ortada olduğu, bütün türkdilli dövlətlərin qardaş Türkiyəyə dəstək verdiyi halda Cəmil Həsənli ABŞ-da Azərbaycana qarşı görüşlər keçirib.
Millət vəkilinin sözlərinə görə, onun görüşdüyü adamlar arasında erməni və ermənipərəstlər də olub: “Maraqlıdır, Cəmil Həsənli hansı başla ABŞ-da çağırışlar edir ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin?! Həqiqətən də öz xalqını, dövlətini sevən, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini istəyən heç bir şəxs bunu etməzdi. Bu sanksiyalardan kim əziyyət çəkəcək? Azərbaycan dövləti, xalqı, vətəndaşları. Xalqın yaxşılığını, rifahını istəyən hansı insan belə bir arzuya düşər? İndi o Cəmil Həsənli, radikal müxalifət, xüsusilə, Əli Kərimli hansı üzlə çıxıb xalq uğrunda mübarizə apardıqlarını deyəcəklər?”.
Deputatın sözlərinə görə, Cəmil Həsənli bir daha göstərib ki, o və onun ətrafında olanlar Azərbaycanı sevmir, xalqımızın taleyi, ölkəmizin ərazi bütövlüyü, Dağlıq Qarabağ problemi onları qətiyyən düşündürmür: "Bu adamlar xalqımıza qarşı düşmənçilik siyasəti apardıqlarını aydın şəkildə göstərdilər. Sadəcə, bunların məqsədi erməni lobbisinin, Ermənistan tərəfinin verdiyi sifarişləri hər hansı bir yolla həyata keçirməkdir. Onlar istəyirlər ki, anarxiyanı, özbaşınalığı, iqtisadi tənəzzülü Azərbaycanda həyata keçirsinlər. Amma Azərbaycan xalqı heç zaman bu radikalları dəstəkləməyəcək. Azərbaycan xalqı artıq onları tarixin layiq olduqları yerinə atıb. Bu qara qüvvələr xalqımız tərəfindən boykot olunur. Xalqımız bu gün dövlətçiliyimizin, müstəqilliyimizin keşiyindədir və Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB