Azərbaycan və Dominika Birliyi arasında diplomatik əlaqələr qurulur
Azərbaycanın BMT yanında Daimi nümayəndəliyində qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə, Azərbaycan və Dominika Birliyi arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın BMT yanında Daimi nümayəndəliyi məlumat verib.
Kommünikeni Azərbaycanın BMT yanında Daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Aqşin Mehdiyev və Dominika Birliyinin BMT yanında Daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Vins Henderson imzalayıblar.
İmzalanma mərasimindən sonra tərəflər iki ölkə arasında əlaqələrin inkişafı perspektivləri, mümkün əməkdaşlıq sahələri və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Dominika Birliyi (Commonwealth of Dominica) - Karib dənizin Kiçik Antil adaları arxipelaqında yerləşən bir ölkədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB